Modern.az

Türkiyə və Azərbaycan ombudsmanları Qarabağda faktaraşdırıcı missiya həyata keçirəcək

Türkiyə və Azərbaycan ombudsmanları Qarabağda faktaraşdırıcı missiya həyata keçirəcək

Aktual

29 İyun 2021, 12:32

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizə 28 iyun – 2 iyul tarixlərini əhatə edən səfərə gəlib.

 

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, nümayəndə heyətinə TİHEK-in rəhbər şəxsləri, habelə Türkiyənin tanınmış universitetlərinin beynəlxalq humanitar hüquq və müharibə cinayətləri sahəsində araşdırma təcrübəsinə malik olan tədqiqatçıları daxildir.

 

İyunun 29-da Ombudsman Səbinə Əliyeva və Aparatın bir qrup əməkdaşı TİHEK nümayəndə heyəti ilə birgə Fəxri xiyaban, Şəhidlər xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət ediblər.

 

Əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib, xatirəsinə ehtiram ifadə olunub. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

 

Səfər barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?