Modern.az

İsrail XİN başçısı ilk səfərini BƏƏ-yə etdi

İsrail XİN başçısı ilk səfərini BƏƏ-yə etdi

Aktual

29 İyun 2021, 12:38

İsrailin xarici işlər naziri Yair Lapid iyunun 29-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ölkə tarixində ilk rəsmi səfər həyata keçirib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Yair Lapid ilk rəsmi səfərini BƏƏ-yə edib. O, BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zaid əl-Nahyanın qonağı olacaq. Səfər iki gün sürəcək. Lapid Əbu-Dabidə İsrail səfirliyinin, Dubayda isə baş konsulluğunun açılışında iştirak edəcək.

 

Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda İsrail tərəfi ABŞ-ın aktiv vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədlər imzalayıb. Bu müqavilələrin bağlanmasına qədər yəhudi dövlətinin ərəb ölkələrindən yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?