Modern.az

Ölkəmizin hərbi qüdrəti durmadan artır

Ölkəmizin hərbi qüdrəti durmadan artır

Aktual

29 İyun 2021, 13:16

26 iyun 2021-ci il tarixi. Azərbaycan Silahlı Qüvvələrinin ildönümü. 103 il bundan öncə Şərqdə ilk demokratik ölkə olan Azərbaycanda yeni bir ordunun əsası qoyuldu. Azərbaycan Cümhuriyyətinin inkişafında yeni bir mərhələ başladı.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvəllərin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr günü münasibətilə bir qrup əsgər və zabitlərin qarşısında çıxış etdi. Çıxışına 44 günlük Vətən savaşında şəhid olmuş övladlarımızın əziz xatirəsini yad etməklə başladı. Onların qanı, canı bahasına alınmış, ərazi bütövlüyümüz bərpa edilmiş torpaqlarda artıq yeni quruculuq işlərinin başlanmasını vurğuladı.

 

Ikinci Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüvvətini bütün dünyaya göstərdi. Bu müharibədə Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi.

 

Azərbaycanın tarixi şəhəri, əsl türklərin məskəni olan mədəniyyət paytaxtı olan Şuşanın işğalçılardan azad edilməsindən sonra işğalçılar məcbur olub noyabırın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaqdır.

 

30 il ərzində davam edən danışıqlar hec bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilirik ki, bu gün biz Silahlı Qüvəllər Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır.

 

Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağılmışdı, sənaye potensialı məhv edilmişdi.

 

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan dövlətçiliyinə qayıdışı xalqı, ölkənin demək olar ki, bu fəlakətdən qurtardı. Ordu quruculuğuna start verilirdi. Atəşkəs elan olundu. Ulu Öndər öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın yanında oldu, onların hər bir problemini həll etməyə çalışdı. Çadır şəhərçikləri müvəqqəti olaraq öz sakinlərini qəbul etdi. Sonrakı dönəmlərdə bütün çıxışlarında bir mənalı olaraq söyləyirdi ki, Azərbaycanda bir dənə olsa çadır şəhərçiyi qalmayacaqdır.

 

Məcburi köçkünlərə dövlət qayğısı nəticəsində onlar yeni salınmış qəsəbələrdə müvəqqəti olaraq məskunlaşdılar.

 

Vətən savaşında qələbəni təmin edən ən uğurlu işimiz ordu və xalq birliyi idi. Ordu quruculuğunda böyük islahatlar aparılmışdır. Biz bu müharibədə sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Bir çox ölkələrdə ikitərəfli münasibətlər bizim gücümüzü artırdı. Qardaş ölkələr- Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi.

 

Ölkəmizin hərbi qüdrəti durmadan artır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması- bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

 

Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənməkdədir. İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edəcək, öz hərbi gücümüzü artıracağıq.

 

Günəş Hüseynova

Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin direktoru

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?