Modern.az

Azərbaycana qayıdanlardan COVID pasportu tələb olunacaq? - Rəsmi cavab

Azərbaycana qayıdanlardan COVID pasportu tələb olunacaq? - Rəsmi cavab

Aktual

29 İyun 2021, 15:20

Azərbaycan Hava Yolları şirkəti (AZAL) Azərbaycan vətəndaşlarından ölkəyə daxil olarkən COVID pasportununun tələb edilib-edilməməsi məsələsinə aydınlıq gətirib.

 

Modern.az-ın məlumatına görə, şirkət bildirir ki, mövcud qaydalara əsasən, Azərbaycan vətəndaşları, onların birbaşa qohumları (həyat yoldaşı, valideynlər, qardaş, bacı və ya övladlar), habelə Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər. Bu kateqoriyaya daxil olan sərnişinlərdən COVID-pasport tələb olunmur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?