Modern.az

Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək

Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək

Aktual

29 İyun 2021, 15:32

Laçın rayonunda həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

 

Bu barədə Modern.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.

 

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

 

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...