Modern.az

Macarıstan Vətən müharibəsi dövründə Azərbaycanın yanında oldu - Deputat

Macarıstan Vətən müharibəsi dövründə Azərbaycanın yanında oldu - Deputat

Aktual

29 İyun 2021, 16:42

 “Azərbaycan parlament nümayəndə heyətinin iyunun 28-dən Macarıstana başlayan rəsmi səfəri iki ölkə münasibətlərinə yei töhfələr verəcək”.

Bunu Modern.az-a Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əziz Ələkbərli deyib.

 

Onun sözlərinə görə, Azərbaycan-Macarıstan münasibətləri dostluq, qardaşlıq prinsiplərinə əsaslanır:


“Macarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin əvvəllərindən qurulub.

Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında, Macarıstanın Azərbaycandakı səfirliyi isə 2009-cu il yanvarında yaradılıb.  Macarıstan 2014-cü il noyabrın 11-də Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşma imzalayıb. Macarıstanda hazırda xeyli azərbaycanlılar yaşayır, Macarıstan universitetlərində Macarıstan dövləti hesabına yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Dövlət rəsmilərimiz arasında mütəmadi görüşlər keçirilib.

Hazırda Macarıstan həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) müşahidəçi statusuna malikdir. Təsadüfi deyil ki, 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Macarıstan da iştirak edib və görüşdə Macarıstanın Baş Naziri Viktor Orban çıxış edib, Türk dövlətləri ilə həmrəyliyini nümayiş etdirib”.


Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinə toxunan deputat bunun günbəgün genişləndiyini söyləyib:


“Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub. Bu dövlət ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək Vətən müharibəsi dövründə də, indi də davam edir.

Müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ı tərəfindən 100 mln. dollar kredit xətti, həmin ərazilərin minalardan təmizlənməsi işinə isə 25 min avro qrant ayrılması buna əyani sübutdur”.

 

Aysel Məhərrəm

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?