Modern.az

Kolumbiyada etirazçılar Kolumbun heykəlini yıxdılar

Kolumbiyada etirazçılar Kolumbun heykəlini yıxdılar

Aktual

29 İyun 2021, 23:32

Kolumbiyada etiraz aksiyasında iştirak edən şəxslər Kristofor Kolumba qoyulmuş heykəli yıxıblar.

 

Modern.az xəbər verir ki, bu barədə “La FM” məlumat yayıb.

 

Etirazçılar bu addımın rəmzi məna daşıdığını qeyd ediblər.

 

“Biz milli səviyyədə də bu cür müqavimət göstərməyə davam edirik. Biz, gənclər yenidən küçələrə çıxmışıq ki, kütləvi qətllərə son qoyulsun və hakimiyyət oturub bizimlə dialoqda iştirak etsin”, - deyə nəşr etirazçılardan birinin fikrini vurğulayıb.

 

Xatırladaq ki, Kolumbiyada etirazlar aprel ayında başlayıb. Mitinq iştirakçılarının fikrincə hakimiyyət pandemiya ilə mübarizə apara bilməyib. Etirazçılar həmçinin ölkədəki vergi islahatlarına da qarşı çıxır. May ayında etirazlarda iştirak edən 89 nəfər yoxa çıxıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?