İyunun 29-da “Şıxov", “Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 2 nəfər batma təhlükəsi ilə üzləşib.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hər iki şəxsi xilas edib.