Danimarka millisinin Avro-2020-nin 1/4 finalında Bakıda Çexiya ilə keçirəcəyi oyun üçün paytaxtımıza gələcək azarkeşlərinin sayı müəyyənləşib.
Modern.az-ın məlumatına görə Danimarka Futbol İttifaqı (DBU) Bakı Olimpiya Stadionundakı qarşılaşmaya 800 fanat yollanacağını açıqlayıb.
DBU-nun koordinatoru Anders Hagen bu sayın artacağını istisna etməyib. Federasiya rəsmisi qarşılaşmaya böyük marağın olduğunu da söyləyib. Biletlərin satışı artıq iyunun 28-dən başlayıb.
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da start götürəcək. UEFA hər iki komandanın azarkeşlərinə 2500 bilet satılacağını açıqlayıb.
Mehri Qurban