Səhiyyə Nazirliyində COVID-19-la Mübarizə İşçi Qrupunun hesabat iclası keçirilib.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə COVID-19-la mübarizə çərçivəsində xidmət göstərən məntəqələrin, çağrı mərkəzlərinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardımın hesabatları təqdim olunub.
Bakı Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektorunun müdiri İradə İsmayılova bildirib ki, il ərzində 149 min 399 xəstə evdə nəzarətə götürülüb. Çağrı mərkəzinə 112 min 981 zəng daxil olub.