Modern.az

Azərbaycanın axtarışa verdiyi şəxs Ukraynada SAXLANILDI

Azərbaycanın axtarışa verdiyi şəxs Ukraynada SAXLANILDI

Aktual

30 İyun 2021, 19:35

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı saxlanılıb.

 

Modern.az xəbər verir ki, Kiyev vilayət polisindən report-a verilən məlumata görə, həmin şəxs saxta sənəd gəzdirmək, dələduzluq və s. cinayət əməllərində ittiham olunur.

 

Azərbaycanın 2016-cı ildə beynəlxalq axtarışa verdiyi şəxsin 2018- ci ildən Ukraynada olduğu müəyyənləşib. Bu səbəbdən uzun müddətdir Ukrayna polisi tərəfindən axtarışa verilibmiş. Bu günlərdə Belaya Tserkov şəhərində saxlanılan azərbaycanlı barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

 

Onun adı istintaq sirri olduğuna görə açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?