Modern.az

Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu

Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu

Aktual

30 İyun 2021, 22:05

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, çempionatda 61 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən K.Heybətov finala vəsiqə qazanıb.

 

İyunun 30-da keçirilən həlledici və prinsipial görüşdə Ermənistan idmançısıyla qarşılaşan K.Heybətov əsl əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və Avropa çempionu olub.

 

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) da Avropa çempionatında qızıl medal qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?