Modern.az

Bakıda “Land Cruiser”in sürücüsü 5 maşını vuraraq hadisə yerindən qaçıb – FOTO

Bakıda “Land Cruiser”in sürücüsü 5 maşını vuraraq hadisə yerindən qaçıb – FOTO

Aktual

30 İyun 2021, 23:34

Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Oxu.Az-ın məlumatına görə, Nəsrəddin Tusi küçəsində baş verən hadisədə “Toyota Land Cruiser”, KİA və “Chevrolet” markalı maşınlar toqquşub.

“Land Cruiser”in sürücüsü beş maşını vurub. Sürücü hadisə yerindən yayınıb.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Xəsarət alanlar barədə məlumat yoxdur (oxu.az).

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir