Modern.az

“El-Klassiko”ların tarixi bilindi

“El-Klassiko”ların tarixi bilindi

Aktual

1 İyul 2021, 00:47

İspaniya La Liqasının yeni mövsümü çərçivəsində keçiriləcək “El-Klassiko”ların tarixi məlum olub.

 

Modern.az xəbər verir ki, oktyabrın 24-nə təsadüf edəcək çempionatın 10-cu turunda “Barselona” “Kamp Nou” arenasında əzəli rəqibi olan  “Real Madrid”i qəbul edəcək.

 

Martın 20-də isə 29-cu tur çərçivəsində komandalar “Santyaqo Bernabeu”da üz-üzə gələcəklər.

 

Qeyd edək ki, bu mövsüm İspaniya çempionatına avqustun 15-də start veriləcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?