Goranboy rayonunda Sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb.
Modern.az xəbər verir ki, Rayonun Yenikənd kəndi ərazisində sahibkar Şakir Hüseynov tərəfindən 44 hektar sahədə müasir aqrotexniki üsulla yerkökü əkilib. Hazırda məhsulun yığımına başlanılmışdır. Burada mövsümi olaraq, 45 nəfər işlə təmin edilib.
Goranboy rayon İcra Hakimiyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə yerkökü becərilən sahədə olub.
İcra başçısı sahibkar Şakir Hüseynov və burada mövsümi çalışan işçilərlə görüşdü, onların problemləri ilə yaxından maraqlandı, təsərrüfatın daha da genişləndirilməsi məqsədi ilə, müzakirələr aparılıb, bu sahənin inkişafı ilə bağlı tövsiyyələr bildirilib.