Modern.az

Gənclər və İdman Nazirliyi yanında İctimai Şura yaradılır - Namizədlərin SİYAHISI

Gənclər və İdman Nazirliyi yanında İctimai Şura yaradılır - Namizədlərin SİYAHISI

Aktual

1 İyul 2021, 13:55

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi üzrə Seçki Komissiyasının iclası keçirilib.

Bu haqda Gənclər və İdman Nazirliyi Modern.az-a məlumat verib.

İyulun 1-də Zoom platforması üzərindən keçirilmiş onlayn formatda iclasda İctimai Şuraya seçkilərin keçirilməsi üzrə nazirliyin əmri ilə təsdiq edilmiş komissiya üzvləri iştirak ediblər.

Nazir müavini İntiqam Babayev bu günədək nazirliyin yanında yalnız Gənclərlə iş üzrə İctimai Şuranın olduğunu xatırladıb. O nazirliyin 2 dövlət siyasətini

icra etdiyi üçün qanunvericiliyin tələblərinə görə hər 2 sahəni təmsil edən vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasının vacibliyini vurğulayıb.

Komissiya üzvləri çıxış edərək İctimai Şuranın nazirliyin fəaliyyətində önəmli yer tutacağını və onun fəaliyyəti üçün bütün texniki imkanların yaradılmasının zəruruliyini qeyd ediblər.

İclasda seçki ilə bağlı görülmüş işlər, namizədlər və təmsilçilər barədə, seçki günü, yer və saatının təyin olunması, seçkinin təşkili ilə bağlı texniki məsələlər (səsvermənin təşkili, qeydiyyat, səsvermə kabinaları, səslərin sayılması və s.) müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

İclasda 47 nəfərin namizədliyinin irəli sürüldüyü, bunlardan 43-nün qeydiyyata alındığı bildirilib. 3 nəfərin sənədləri tam qaydasında, 1 nəfərin isə müvafiq sahə üzrə təcrübəsini təsdiq edən məlumatlar olmadığndan namzədliyin qeydiyyata alınmasından imtina edilib.

Seçki 15 iyul 2021-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının böyük zalında saat 10:00-dan 14:00-dək keçiriləcək.

Qeyd edək ki, İctimai şuranın 15 nəfər tərkibdə formalaşdırılması nəzərdə tutulur.

Gənclər və İdman Nazirliyi yanında İctimai Şura formalaşdırıldıqdan sonra Gənclərlə iş üzrə İctimai Şuranın fəaliyyətinə xitam veriləcək.


Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya namizədliyi qeydə alınmış şəxslərin siyahısı:

Ad, soyad, ata adı

Namizədliyini irəli sürmüş təşkilatın adı

Təvəllüdü (gün, ay, il)

1

Həsənli Mikayıl Raqif oğlu

"Gənc Nəslin Maarifləndirilməsi" İctimai Birliyi

9/8/1991

2

Azər Əliyev Nurəddin oğlu

"Gəncliyin Təşəbbüsü Maarifləndirmə" İctimai Birliyi

2/19/1976

3

İntiqam Cavanşir Yaşar oğlu

Dünya Gənc Türk Yazarlar Birliyi

10/3/1990

4

Nihad Allahyarlı Vüqar oğlu

"Davam" Gənclər Hərəkatı İctimai Birliyi

2/21/1992

5

Qələndər Aslanov Asdan oğlu

"Samuray" İdman Klubu İctimai Birliyi

10/1/1975

6

Asim Vəliyev Nazimoviç

"Gənclərin Töhvəsi" İctimai Birliyi

7/13/1982

7

Azər Əliyev Ruslan oğlu

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası

9/11/1993

8

Arif Məmmədov Aydın oğlu

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası

9/16/1977

9

Ramiz Əliyev Təvəkkül oğlu

"Sağlam Düçüncə" Gənclər Təşkilatı

6/20/1987

10

Azad Mənaflı Əziz oğlu

"İsmayıllı İntellektual oyunlar klubu" İctimai Birliyi

2/21/1996

11

Kamal Əhmədov İzzət oğlu

Azərbaycan Atletika Federasiyası

5/6/1966

12

Zöhrab Gözəlbəyli Katib oğlu

Azərbaycan Voleybol Federasiyası

5/22/1959

13

Elnur Məmmədov Mənəf oğlu

“Autizm Assosiasiyası” İctimai Birliyi

12/5/1945

14

Səbinə Əliyeva Aydın qızı

"Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyi

8/7/1996

15

Elvar Osmanov Eldar oğlu

Gəncə İdman Klubu İctimai Birliyi

8/8/1987

16

Səbuhi Mehdizadə Knyaz oğlu

Azərbaycan Stolüstü Teniss Federasiyası

6/27/1981

17

Elçin Mehdizadə Eldar oğlu

Azərbaycan Şotokan Karatedo Federasiyası

9/20/1960

18

Aynur Məmmədova Tofiq qızı

"Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyi

2/21/1979

19

Əziz Əzizov Fatehoviç

"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi

11/6/1980

20

Hüseynəli Abbaslı Çərkəz oğlu

Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyası

4/20/1983

21

Cəsarət Əhmədov Mehman oğlu

Azərbaycan Qol Güləşi Federasiyası

2/12/1978

22

Ceyhun Bayramov Sabir oğlu

Azərbaycan Könüllü Təşkilatları İttifaqı

8/24/1996

23

Sənan Məhərrəmov Nizami oğlu

Azərbaycan Respublikasının Milli Karate Federasiyası

7/25/1974

24

Nağı Səfərov Tofiq oğlu

Azərbaycan Boks Federasiyası

1/9/1976

25

Bağırov Saleh Eldar oğlu

“İrs - Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyi

6/12/1994

26

Acalov Fərhad Eldar oğlu

"Azərbaycan İdmançıları" İctimai Birliyi

12/24/1962

27

Abbasov Elşən Talıb oğlu

Azərbaycan Reqbi Federasiyası

8/29/1978

28

Alıyev Elnur Tahir oğlu

Ağsu Futbol Klubu

03.06.0982

29

Quliyev Bəxtiyar Tofiq oğlu

"Azərbaycan Strongmen Federasiyası" İctimai Birliyi

12/17/1975

30

Əsgərli Hüseyn Asif oğlu

"Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyi

9/17/2001

31

Əsgərəlizadə Bağır Salam oğlu

Azərbaycan Tennis Federasiyası

8/30/1986

32

Əzizov Teyub Ağayar oğlu

Azərbaycan Kyokuşinkaykan Karate və Ciyutaido Federasiyası

1/9/1971

33

Hidayətov Coşqun Hikmət oğlu

"Böyük Qayıdış" Gənclər Təşkilatı

11/2/1994

34

Qədirov Vüqar Kərim oğlu

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı

9/20/1974

35

Ələsgərova Nigar Elman qızı

"Odlar Yurdu" Gənclər İctimai Birliyi

9/23/1986

36

Qurbanov Kazım Xanlar oğlu

Azərbaycan Milli İdman Oyunları Assosiasiyası

8/12/1988

37

Seyidzadə Miraqil Miramin oğlu

"Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi

8/4/1984

38

Mirələmli Pərviz Atamalı oğlu

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

8/5/1995

39

Elmar Babanlı Tofiq oğlu

Azərbaycan Cüdo Federasiyası

9/28/1982

40

Rafael Hacıbəyli Syavuş oğlu

"Avropa Gənclər Parlamenti - Azərbaycan" İctimai Birliyi

8/7/1997

41

Həsənağa Rzayev Nazim oğlu

Milli Olimpiya Komitəsi

8/5/1977

42

Şahin Rəhmanlı Elman oğlu

"İRƏLİ" İctimai Birliyi

9/16/1991

43

Nuranə Şıxəliyeva Xanoğlan qızı

Azərbaycan Alpaqut Federasiyası

11/13/1983

 

Mehri Qurban

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?