Modern.az

Ermənistan oyunbazlıq edə bilməz

Ermənistan oyunbazlıq edə bilməz

Aktual

1 İyul 2021, 16:15

"Son günlər Ermənistan tərəfinin Azərbyacanla sərhəddə təxribat əməlləri törətməsi ilə bağlı Müdafiə Nazirliyinin açıqlamalarına şahid oluruq".

 

Bunu Modern.az-a açıqlamasında politoloq, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

 

Ç.Qənizadə bildirib ki, Ermənistan kapitulyasiya aktını imzalayıbsa, Qarabağda sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı müəyyən işlər gedirsə, onda son günlər ermənilərin təxribatlar törətməsinin səbəbi nədir? 20 iyunda Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə qədər və parlament seçkilərindən sonra bu hallar baş verməyə başlayıb:

 

"Görünür ki, Ermənistanda hələ də orduya Paşinyan tam nəzarət edə bilmir. O, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin çox çətinliklə vəzifəsindən azad etdi. Hələ də bu tipli şəxslər Ermənistan ordusundadır. Təxribatların revanşist müxalifətlə əlaqədə olan Koçaryan və Sarkisyana bağlı cinayətkar qrupları tərəfindən həyata keçirilməsi ilə bağlı müəyyən faktlar var. Hesab edirəm ki, bu təxribatların və bu gərginliyin törədilməsi Paşinyana bir növ təzyiq formasıdır. Əsasən də Paşinyanın gözdən salınmasına yönələn bir addımdır. Bu revanşist qüvvələr isə istəyirlər ki, çox ciddi qarşıdurma baş versin və Ermənistan tərəfindən tələfatlar olsun və nəticədə Paşinyan günahlandırılsın. Düşünürəm ki, seçkilərdən sonra Paşinyan yeni hakimiyyəti formalaşdırmalıdır. Paşinyan Ermənistanda hakimiyyəti tam formalaşdırdıqdan sonra ilk növbədə Koçaryan və Sarkisyanın özü və eyni zamanda ətrafı ilə mübarizəyə başlayacaq. Orduda təmizlənmə işləri aparılacaq. Ermənistan qanunvericiliyinə görə, bəzi məsələlər prezident tərəfindən təmzimlənir. Baş nazir bu məqamda çətinliklə üzləşir. Məsələn, baş qərargah rəisinin dəyişdirilməsi üçün prezidentin imzası olmalı idi. Paşinyan parlament seçkilərində mütləq səs qazanmaqla ölkə daxilində özünün ictimai yükünün gücləndirmiş oldu. Düşünürəm ki, yaxın bir necə ayda belə xırda təxribatlar olacaq, amma hakimiyyəti formalaşdırıb işə başladığı zaman Paşinyan bu təxribatların qarşısını almağa cəhd göstərəcək. Çünki, 10 noyabr sazişində onun imzası var. Rusiya tərəfini aldatmaq olmaz və Putinin imzaladığı bu sənəddən sonra Ermənistan rərəfi Rusiya istəməsə oyunbazlıq edə bilməz. Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya işlərinin görülməsi barədə Prezident İlham Əliyevin bu günlərdə Ordumuzun yüksək rütbəli zabitləri ilə görüşündə də qeyd etdiyi kimi, xüsusi komissiya yaradılacaq və bu komissiya sərhəd məsələlərinin həll edilməsinə birbaşa məsul olacaq. Əsas odur ki, Qarabağı qələbəni eldə etmişik. Sülhməramlılar maneə olmasa, bu proses artan xətlə irəliləyəcək. Azərbaycan öz ərazisində erməni silahlı birləşmələrinin qalıqlarının və tör-töküntülərinin də çıxarılmasına nail olacaq. Bundan sonra quruculuq və abadlıq işləri daha sürətlə inkişaf edəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?