Modern.az

COVAX dövlətlərə çağırış ETDİ

COVAX dövlətlərə çağırış ETDİ

Aktual

1 İyul 2021, 18:54

COVAX bütün dövlətləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul edilən vaksinləri vurduran insanları tam şəkildə peyvənd olunmuş kimi tanımağa çağırıb.

 

Modern.az xəbər verir ki, bununla da həmin insanların səyahətə çıxa, tədbirlərdə iştirak edə bilmələri müəyyənləşdiriləcək.

 

Qeyd edək ki, indiyədək Çinin “Sinopharm” və “Sinovac” dərmanları, ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə istehsal etdiyi “Corminaty”, ABŞ-ın “Janssen” və “Moderna” şirkətlərinin dərmanları, “AstraZeneca” Böyük Britaniya - İsveç şirkətilə Oksford Universitetinin birgə hazırladığı dərmanın iki variantı ÜST tərəfindən koronavirusa qarşı təcili istifadə üçün tövsiyə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi