Modern.az

Tovuzda yol qəzası - ər və arvadı xəsarət aldı

Tovuzda yol qəzası - ər və arvadı xəsarət aldı

Aktual

1 İyul 2021, 20:08

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 429-cu kilometrliyində, rayonun Alakol kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolun kənarında dayanan TIR-a çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü və onun həyat yoldaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir