Modern.az

Dünya aviaşirkətlərinin itkiləri açıqlandı

Dünya aviaşirkətlərinin itkiləri açıqlandı

Aktual

1 İyul 2021, 20:53

2021-ci ilin birinci rübündə dünya avişirkətləri 17,861 milyon dollar dəyərində itkilərlə üzləşib.

 

Modern.az-ın məlumatına görə, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatında qeyd olunur ki, dünya aviasiyasının gəlirlərinin bundan sonrakı vəziyyəti daxili bazarın ölçülərindən və vaksinasiya templərindən asılı olacaq.

 

Hesabata əsasən, aviayanacağın yüksək qiymətləri və iyun ayında beynəlxalq aviadaşımaların tam bərpa olunmaması aviaşirkətlərin səhmlərinə mənfi təsir göstərib:

 

"2021-ci ilin ilk 5 ayı ərzində aviaşirkətlərin səhmləri ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 4,4 faiz azalıb. Şimali Amerika aviaşirkətləri daxili turizm səfərlərinin bərpa olunmasına baxmayaraq bu baxımdan ən pis nəticəni göstərib. Regiondakı aviaşirkətlərin səhmləri 7,9 faiz azalma nümayiş etdirib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?