Modern.az

Londonda şahzadə Dianaya abidə qoyuldu - FOTO

Londonda şahzadə Dianaya abidə qoyuldu - FOTO

Aktual

1 İyul 2021, 21:07

İyulun 1-də Londonda yerləşən Kensinqton Sarayında şahzadə Diananın abidəsinin açılışı olub.

 

Modern.az xəbər verir ki, 60 yaşı tamam olan şahzadənin heykəlinin açılışını oğulları - Kembric hersoqu Vilyam və Sasseks hersoqu Harri edib.

 

Kensinqton Sarayının Sunken bağında ucaldılan abidənin açılışında məhdud sayda şəxs iştirak edib. Abidənin yerləşdiyi Sunken bağı şahzadənin ən sevimli yerlərindən biri olduğu üçün yenidən dizayn edilib və burada 4000-dən çox yeni çiçək əkilib.

 

Abidə iyulun 2-dən etibarən ictimaiyyətə açıq olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?