Modern.az

“Real”dan ayrılan Ramosun yeni klubu məlum oldu

“Real”dan ayrılan Ramosun yeni klubu məlum oldu

Aktual

1 İyul 2021, 21:20

İspaniyanın “Real Madrid” klubundan ayrılan Serxio Ramos Fransanın PSJ klubu ilə razılaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə idman jurnalisti Fabrisio Romano özünün tvitter hesabında yazıb.

 

Məlumata əsasən, futbolçu ilə iki il müddətinə müqavilə imzalanacaq. Yaxın günlərdə o, tibbi baxışdan keçmək üçün komandanın düşərgəsinə yollanacaq.

 

Jurnalistin sözlərinə görə, PSJ Əşrəf Hakimi, Serxio Ramos və Donnarummanın transferlərini növbəti 15 gün ərzində rəsmən elan edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir