Modern.az

Çex millisi Bakıya gəldi - FOTO

Çex millisi Bakıya gəldi - FOTO

Aktual

1 İyul 2021, 23:28

Futbol üzrə Çex Respublikası millisi Avropa çempionatının dörddəbir final mərhələsində Danimarkaya qarşı keçirəcəyi oyun üçün Bakıya gəlib.

 

Modern.az AFFA-ya istinadla xəbər verir ki, axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatan Yaroslav Şilqavının baş məşqçisi olduğu komanda "Hilton" otelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.

 

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir