Modern.az

Bu gün Avro-2020-də 1/4 final başlayır: iki oyun var

Bu gün Avro-2020-də 1/4 final başlayır: iki oyun var

Aktual

2 İyul 2021, 09:08

Bu gün futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsi başlayacaq.

Modern.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə İsveçrə və İspaniya yığmaları üz-üzə gələcək.

Rusiyanın Sankt-Peterburq şəhərindəki stadionda keçiriləcək bu oyun  Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün digər oyununda Belçika və İtaliya qarşılaşacaq.

Almaniyanın Münhen şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Qeyd edək ki, bu iki oyunun qalibi yarımfinalda üzləşəcəklər..


Avropa çempionatı

1/4 final

20:00. İsveçrə - İtaliya

Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

23:00. Belçika - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, "Münhen Futbol Arenası"

.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?