Modern.az

Azərbaycan Qırğızıstanla əməkdaşlıq sazişi imzaladı

Azərbaycan Qırğızıstanla əməkdaşlıq sazişi imzaladı

Aktual

2 İyul 2021, 12:14

Azərbaycanla Qırğızıstan arasında 2021-2022-ci illəri əhatə edən birgə əməkdaşlığa dair saziş imzalanıb.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qırğızıstanlı həmkarlı Ruslan Kazakbayev ilə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 65 faizə qədər artıb.

"Buna baxmayaraq görüşdə artımın hələ də kifayət qədər olmadığı vurğulanıb. Bu barədə hökumətlərarası komissiyanın fəaliyyətinə dəstək verilməsi, biznes forumların keçirilməsi müzakirə olunub. Həmçinin ölkələrimiz arasında nəqliyyat-tranzit kommunikasiyalarının gücləndirilməsi məsələsinə toxunulub. Qırğızıstan üçün Azərbaycandan keçən şərq-qərb dəhlizinin maraqlı olduğunu düşünürük".

Nazir deyib ki, Azərbaycan və qırğız xalqları arasında tarixi, mədəni, dini bağlılıqlar mövcuddur. Ölkələrimiz qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətləri davam etdirmək siyasəti yürüdürlər. Dövlət başçılarımız arasında səmimi münasibətlər əlaqələrin daha da inkişafına mühüm töhfələr verir.

Nazir bildirib: “Bu gün iqtisadi-ticari əlaqələrin genişləndirilməsi istiqamətində danışıqlar aparıldı. Bir sıra istiqamətlər üzrə qarşılıqlı maraqlar ifadə edildi. Nəqliyyat marşrutlarının koordinasiya edilməsi də müzakirə olunan məsələlər sırasındadır. Müzakirələrdə qida təhlükəsizliyi, kənd təsərrüfatı, turizm kimi məsələlər də ön planda oldu. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin roluna dair fikirlərimizi bölüşdük. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin mövqelərinin qarşılıqlı surətdə dəstəklənməsinin vacibliyi vurğulandı".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?