Milli Məclis “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklərlə bağlı qanun layihəsini təsdiq edib.
Modern.az xəbər verir ki, əmək pensiyaları ilə bağlı iki qanun layihəsi Milli Məclisin iyulun 2-də keçirilən iclasının gündəliyində üçüncü oxunuşda müzakirə olunduqdan sonra səsə qoyularaq təsdiqlənib.
Dəyişikliyə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.
Digər dəyişiklikdə Qanuna əlavə olunan yeni maddəyə əsasən, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.