Daxili İşlər Naziri General-polkovnik Vilayət Eyvazov polis günündə Siyəzən rayon polis şöbəsinin rəisi Valik Vəlimətovu yeni posta təyin edib. Nazirin əmrilə Valik Vəlimətov Ucar rayon polis şöbəsinə rəis təyin edilib.
Valik Vəlimətov faktı Modern.az-a təsdiqləyib və göstərilən etimadı doğruldacağını söyləyərək nazir Vilayət Eyvazova təşəkkür edib.
Qeyd edək ki, V.Eyvazov Ucar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Eldar Paşayevi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin edib.
Aytəkin ALXASLI