Modern.az

“Qırmızı Şaman” kitabı işıq üzü görüb

“Qırmızı Şaman” kitabı işıq üzü görüb

Aktual

2 İyul 2021, 14:36

Türkiyənin “Akcağ” nəşrlər və yayım evində klassik  Saxa-Yakut yazıçısı Platon Oyunskinin “Qırmızı Şaman” kitabı işıq üzü görüb. 

Ədəbiyyatımızın son yarıməsirlik dövründə Saxa yakutları klassiklərinin və müasirlərinin kitabları türk və Azərbaycan dilinə tərcümə edilməyib. “Qırmızı Şaman” kitabının nəşri  ilk dəfə   2019-cu ildə  Dünya Türk Yazarlar Birliyinin  layihəsi ilə  həyata keçirilib.
Araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk Platon Oyunskinin  6 hekayə, povest və mənzum dramı Azərbaycan dilinə tərcümə edib. Kitaba ön sözü Saxa Yakutiya Respublikasının  deputatı, həmyerlimiz Əliş Məmmədov yazıb.  Kitab Azərbaycanda işıq üzü görəndən sonra, Saxa Yakutiya Respublikasında  dövlət səviyyəsində  kitabın məsləhətçisi Əkbər Qoşalı və  tərcüməçi Aida Eyvazlı Göytürkün də iştirakı ilə  təqdimatı keçirilib.

“Qırmızı şaman” kitabı  Türkiyədəki ədiblərin və ədəbiyyat mənsublarının da diqqətini cəlb etdiyindən bu günlərdə eyni adla, eyni məzmunda Ankara şəhərində “Ağçağ” nəşrlər və yayım evində işıq üzü görüb. Kitabı oxumaq istəyənlər  www.akcag.com.tr saytından da əldə edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?