Modern.az

Bolqarıstanda seçkilər yekunlaşdı

Bolqarıstanda seçkilər yekunlaşdı

Aktual

11 İyul 2021, 23:29

Bolqarıstanda növbədənkənar parlament seçkilərində səsvermə artıq başa çatıb.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, ölkə üzrə fəaliyyət göstərən 13 min seçki məntəqəsi seçicilərin üzünə bağlanıb.

 

Hazırda səslərin sayılması prosesi gedir.

 

Ölkənin Mərkəzi Seçki Komissiyası builki seçkilərdə ciddi qanun pozuntularının müşahidə olunmadığını bildirib.

 

Qeyd edək ki, seçkilərdə Bolqarıstan parlamentindəki 240 yer uğrunda 23 siyasi partiya və blok mübarizə aparıb.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV