Modern.az

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

Ölkə

Bu gün, 12:28

Oktyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Modern.az xəbər verir ki, tədbir YAP Yasamal rayon təşkilatının “Tbilisi prospekti, 129” ünvanı üzrə ərazi partiya təşkilatında təşkil olunub.

Müşavirə Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında İlham Əliyevin qurultaydakı nitqində müəyyənləşdirilən inkişaf prioritetlərindən danışıb. O bildirib ki, azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin təhlükəsiz, mərhələli və ləyaqətli qayıdışının təmin edilməsi komitənin qarşısında mühüm vəzifələr qoyur.

Komitə sədri qeyd edib ki, işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçürülən əhalinin sayı ildən-ilə artır, məskunlaşma prosesi davam etdirilir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə qurultayda müəyyənləşdirilən prioritetlərin azad edilmiş ərazilərə qayıdan sakinlərlə maarifləndirmə işlərinin aparılması baxımından əhəmiyyətini vurğulayıb. O, Dövlət Komitəsinin ərazi partiya təşkilatı ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov da çıxış ediblər.

Müşavirədə vətəndaş məmnunluğunun yüksəldilməsi, əməkdaşların vəzifələrini məsuliyyətlə yerinə yetirməsi, gənclərin yenidənqurma və məskunlaşma proseslərinə fəal cəlb olunması məsələlərinə toxunulub.

Həmçinin ərazi partiya təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi, üzvlərin ictimai fəallığının artırılması və Böyük Qayıdışla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində təkliflər səsləndirilib.

Tədbir YAP-ın himninin səsləndirilməsi ilə başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir