Modern.az

Azərbaycanda falçılar “gələcəyi deməyin” qiymətini açıqladılar

Azərbaycanda falçılar “gələcəyi deməyin” qiymətini açıqladılar

Ölkə

Bu gün, 10:20

Son zamanlar Azərbaycanda fala baxılmasına maraq artıb. Cəmiyyətin bir hissəsi bunu sadəcə "əyləncə" və ya "ümid yeri" hesab etsə də, digərləri bunu psixoloji manipulyasiya və qazanc vasitəsi kimi qiymətləndirir. 

Texnologiyanın inkişaf etdiyi, süni intellektin gələcəyi proqnozlaşdırdığı bir dövrdə isə ənənəvi falçılıq öz aktuallığını itirmək əvəzinə, daha da rəqəmsallaşaraq qiymətlərini artırır. Təsadüfi deyil ki, Azərbaycanda falçılıqla məşğul olanları daha çox sosial şəbəkələrdə, xüsusilə də TikTok platformasından görürük.

Modern.az bu cür fırıldaqcılıqla məşğul olan bir neçə şəxslə sosial şəbəkə üzərindən əlaqə saxlayıb.

Baxıcı Tarot Kama
11 illik təvrübəsi olduğunu iddia edir, detallı və dəqiq baxım üçün xidmət haqqı 15 manat nəzərdə tutlub.
Bir mövzu üçün baxım isə 10 manatdır. Xidmətlərinə isə ruzi, sevgi, şirinlik, bağlama kimi mövzular aiddir. Həmçinin,cadu əməllərini də təmizləyir.

Orxan Sabiroğlu
Orxan Sabiroğlu isə özünə uyğun qaydalar tərtib edib. O qeyd edib ki, onun xidmətlərinin sabit qiyməti yoxdur. Çünki hər kəsin öz enerjisi var və hər kəs enerjiyə uyğun ödəniş etməlidir. O qeyd edir ki, vasitəsiz yəni kart falı, qəhvə falı, əl falı kimi fallara baxım etmir. O tanrının seçimi ilə baxış edir. Həmçinin əl enerjisi ilə bir çox xəstəlikləri də sağalda bildiyini də bildirib.

Tarottrafah
Tarot və katina baxımı edə bilir. Onun sözlərinə görə katina baxımı tarotdan fərqli olaraq daha net analizlər edir. Onun sözlərinə görə, münasibət, kariyera, keçmişlə bağlı məsələlərə baxır. Qiymətə gəldikdə isə, qiymət 7 manat olduğu qeyd olunur.

Sevinc Əliyeva
Fala baxanlar arasında sosial mediada ən çox kütləyə sahib olan falçılardandır. Sosial mediasında paylaşımlarına görə özünü 2026-cı ilin ən güclü baxıcısı adlandırır. Həmçinin Sevinc xanım ekstrasens, parapsixoloq, vergili şəxs olduğunu da qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib ki, İslam dinində falçılıq və cadugərliklə məşğul olmaq haram sayılır.

“Qeybi Allahdan başqa heç kim bilmir. İnsan Allahdan istəməli, Ona dua etməlidir. Falçılıq və cadugərlik Allahın bəyənmədiyi əməllərdir. Din xadimi olduğunu deyən bir şəxsin bu işlərlə məşğul olması da həmin əməllərin haram olmasını dəyişmir”, – o qeyd edib.

B.Nəcəfovun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi mütəmadi olaraq cəmiyyətə bu mövzuda tövsiyələr verir, din xadimləri xütbə və moizələrdə insanları belə əməllərdən çəkinməyə çağırırlar.

O hesab edir ki, insanların falçılara və ekstrasenslərə üz tutmasının səbəblərindən biri iradə zəifliyi və dini biliklərinin yetərli olmamasıdır:

“İnsan öz əməlləri ilə həyatını yaxşılaşdıra, yüksək mənəvi məqama çata bilər. Doğru yolu tapmaq üçün Qurani-Kərimin tövsiyələrinə və Peyğəmbərimizin hədislərinə müraciət etməli, nəyin caiz, nəyin haram olduğunu öyrənməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir