Modern.az

Şahdağa qar yağıb 

Şahdağa qar yağıb 

Ölkə

Bu gün, 10:41

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda isə arabir qar yağıb.

Modern.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıda 8, Qobustan, Qəbələ, Astarada 7, Şahbuz, Tərtər, Kürdəmirdə 6, Bərdə, Şəmkir, Zərdab, Ağstafada 5, Gəncə, Neftçala, İmişlidə 4, Şəki, Yevlax, Tovuz, Sarıbaş (Qax), Zaqatala, Lənkəran, Ağdam, Goranboy, Göygöldə 3, Göyçay, Mingəçevir, Sabirabad, Salyan, Xızı, Sədərək, Xınalıq, Qrız, Yardımlı, Göyçayda 2, Balakən, İsmayıllı, Beyləqan, Cəlilabad, Naftalan, Naxçıvan, Şərur, Ordubad, Culfa, Şabran, Cəbrayıl, Füzuli, Kəlbəcər, Zəngilan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalıda da arabir yağış yağıb.

Daşkəsən, Ordubad, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Qusar, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir