Bakıda avtomobil velosipedçini vurub.
Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
67 yaşlı Bədəlov Ədalət Tofiq oğlu idarə etdiyi "VAZ-2109" markalı avtomobillə velosipedçi, 33 yaşlı Hüseynov Ülfət Vidadi oğlunu vurub. Nəticədə Ü. Hüseynov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
İlyas Turan