Modern.az

Alimlər "delta" ştammından qorunmağın çarəsini tapdılar

Alimlər

Aktual

12 İyul 2021, 08:30

Tayland Qırmızı Xaç Cəmiyyəti, həmçinin Milli Genetik Mühəndisliyi və Biotexnologiya Mərkəzinin tədqiqatçıları "AstraZeneca" və "Sinovac" peyvəndlərinin birləşməsinin koronavirusun "delta" ştammından qoruduğunu aşkar ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Thai PBS" telekanalı məlumat verir.

 

Mütəxəssislər müxtəlif dərman birləşmələrinin bir neçə sınağını aparıblar.

 

Məlum olub ki, "Sinovac" peyvəndinin ikiqat tətbiqinin ardınca "AstraZeneca" inyeksiyası edildikdə, bədən "delta" ştammına müqavimət göstərəcək qədər anticisim istehsal edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV