Modern.az

Türkiyə səfiri Gəncəyə getdi - FOTO

Türkiyə səfiri Gəncəyə getdi - FOTO

Aktual

12 İyul 2021, 11:10

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncəyə səfər edib.

 

Modern.az xəbər verir ki, C. Bağçı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə şəhərin baş meydanında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.

 

Daha sonra səfirlə icra başçısı Şəhidlər Xiyabanı və Ermənistan ordusu tərəfindən raket atılan Qələbə parkını ziyarət edəcək. C.Bağçı Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olacaq.

 

 

Aysel Məhərrəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV