Modern.az

Abşeronda kişini öldürüb, evini YANDIRDILAR

Abşeronda kişini öldürüb, evini YANDIRDILAR

Aktual

12 İyul 2021, 14:15

Abşeron sakini qətlə yetirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 9-da saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsində Ülfət Höccətovun yaşadığı evdə yanğın baş verib.

 

Nəticədə 100 kvadratmetr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra Ü. Höccətovun yanmış meyiti tapılıb.

 

Araşdırmalarla Ü. Höccətovun bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!