Modern.az

Naxçıvan-Bakı-Naxçıvan avtobusları işə başlayır

Naxçıvan-Bakı-Naxçıvan avtobusları işə başlayır

Aktual

14 İyul 2021, 20:48

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.

 

Modern.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək.

 

Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.

 

Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!