Modern.az

Mahir Emrelinin komandası növbəti mərhələdə

Mahir Emrelinin komandası növbəti mərhələdə

Aktual

15 İyul 2021, 00:25

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Modern.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" da cavab matçına çıxıb. Polşa təmsilçisi Norveçin "Budyo Qlimt" klubunu qəbul edib. Oyun "Legiya"nın qələbəsi ilə başa çatıb - 2:0. Mahir Emreli ilk qolun ötürməsini verib.

"Legiya" bu qələbə ilə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.


22:00. "Legiya" (Polşa) - "Budyo Qlimt" (Norveç) - 2:0
Qollar: Luquinas, 40, Pekhart, 90+5
İlk oyun - 3:2



Qeyd edək ki, Norveçdə keçirilən ilk oyun "Legiya"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həmin görüşdə yeni klubunda rəsmi debüt edən Mahir Emreli 2 qol vurub.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?