Modern.az

Şəmkirdə ağır qəza: 3 ölü, 2 yaralı var

Şəmkirdə ağır qəza: 3 ölü, 2 yaralı var

Aktual

15 İyul 2021, 01:00

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.

 

"QAZel" markalı kiçik tutumlu yük maşını ilə "VAZ" markalı minik avtomobili toqquşub.

 

Nəticədə "VAZ"da olan 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlər alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.


Faktla bağlı araşdırmalara başlanılıb (report).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?