Modern.az

Göygöldə minaya düşən çobanla bağlı cinayət işi açıldı

Göygöldə minaya düşən çobanla bağlı cinayət işi açıldı

Aktual

15 İyul 2021, 11:32

İyulun 14-də, saat 21.00 radələrində 1 nəfər şəxsin rayon ərazisində minaya düşərək həlak olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göygöl rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini, 1990-cı il təvəllüdlü Ocaqquluyev Ramal Kamal oğlu Vətən müharibəsinədək Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındaki minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən "Bənövşəli yaylağı" adlanan ərazidə kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən  piyada əleyhinə minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...