Modern.az

Şəhriyar yenidən erməni şahmatçı ilə üz-üzə gələcək

Şəhriyar yenidən erməni şahmatçı ilə üz-üzə gələcək

Aktual

15 İyul 2021, 11:48

Bu gün Rusiyanın Soçi şəhərində şahmat FIDE Dünya kubokunun ikinci mərhələsi start götürür.

 

Modern.az-ın məlumatına görə, kişilər arasında 1/64 final mərhələsində üç azərbaycanlı şahmatçı mübarizə aparır.

 

Turnirin birinci mərhələsində finlandiyalı rəqibini üstələmiş Vasif Dürarbəyli rusiyalı Aleksandr Predke ilə qarşılaşacaq.

 

Dünya kubokuna ikinci mərhələdən başlayan Nicat Abasovla Şəhriyar Məmmədyarovun da rəqibləri məlum olub.

 

N.Abasov ermənistanlı Şant Sarqsyanla, Ş.Məmmədyarov isə Braziliya şahmatçısı Krikor Mexitaryanla qarşılaşacaq.

 

Eyni zamanda, qadınlar arasında yarışda 1/32 final mərhələsində Gülnar Məmmədova gürcüstanlı Lela Cavaxişvili, Günay Məmmədzadə isə sloveniyalı Laura Unukla üz-üzə gələcək.

 

Turnirin reqlamentinə əsasən, şahmatçılar bir-biri ilə iki görüş keçirir, heç-heç olacağı təqdirdə sürətli və blitz şahmat oyunlarından ibarət pley-off keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?