Modern.az

Türkiyəli mütəxəssislər Azərbaycana gəlib

Türkiyəli mütəxəssislər Azərbaycana gəlib

Aktual

15 İyul 2021, 12:40

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana və Nəşriyyat işi üzrə mütəxəssislərindən və Türkiyə Milli Kitabxanasının direktorundan ibarət nümayəndə heyəti iyulun 14-dən 18-dək Azərbaycanda səfərdə olacaqlar. 

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar 15 iyul 2021-ci il saat 09:30-10:00-dək Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

 

15 iyul saat 11:00-12:00-da Milli Kitabxana Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Milli Kitabxana ilə birgə "Nizami Gəncəvi və Yunus Əmrə:ortaq dəyərlərimiz" mövzusunda dəyirmi masa keçiriləcək. 

 

15 iyul saat 12:00-da Milli Kitabxanada Avtomatlaşdırılmış Kitabxana İNformasiya Sistemləri, Beynəlxalq Kitab Eyniləşdirmə standartları (İSBN, İSSN və s.) təcrübə mübadiləsi ilə əlaqədar işgüzar görüşlər keçiriləcək.

 

16 iyul saat 16:00-da Milli Kitabxanada Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanmış 10 min nüxsə kitabın Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi "Qarabağa kitabla gedək" layihəsi çərçivəsində Milli Kitabxanaya təqdimat mərasimi keçiriləcək. 

 

İyulun 17-də qonaqlar işğaldan azad olunmuş ərazilərimizə səfər edəcəklər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı