Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistana səfər edəcək.
Modern.az bildirir ki, bu barədə hökumətin saytında məlumat yerləşdirilib.
Belə ki, Mişelin rəhbərlik etdiyi nümayəndə heyəti 16-17 iyul tarixlərində Ermənistanda olacaq. Bundan əvvəl, Mişel baş nazir vəzifəsini icra edən Nikol Paşinyana erkən parlament seçkilərindəki qələbəsi münasibətilə göndərdiyi məktubda Aİ-nin islahatların daha da dərinləşməsi prosesində Ermənistanı dəstəklədiyini qeyd edib.