Modern.az

Paytaxt məktəblisinin məqaləsi ABŞ mətbuatında

Paytaxt məktəblisinin məqaləsi ABŞ mətbuatında

Aktual

15 İyul 2021, 14:10

Paytaxt məktəblisinin məqaləsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) “National Geographic” jurnalında nəşr olunub.

 

Modernaz xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 193 nömrəli tam orta məktəbin X sinif şagirdi Çingiz Şiqayev həşəratların yaşayış tərzini öyrənərək, onlar haqqında ingilis dilində məqalə hazırlayıb.

 

Bundan əlavə, məktəbin “Kiçik Akademiya”sının fəal üzvü olan Ç.Şiqayevə AMEA-nın Zoologiya İnstitutu tərəfindən bu istiqamət üzrə araşdırma aparmaq təklif edilib. Hazırda məktəblinin araşdırmaları davam edir.

 

//www.nationalgeographic.com/animals/article/unlikely-rise-of-antkeeping

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?