Modern.az

MTRŞ-da telekanal rəhbərləri ilə görüş keçirilib

MTRŞ-da telekanal rəhbərləri ilə görüş keçirilib

Aktual

15 İyul 2021, 18:00

Yayım operatorları ilə silsilə tədbirlər çərçivəsində Milli Televiziya və Radio Şurasında bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə "Media haqqında" qanun layihəsi barədə geniş məlumat verilib, qanun layihəsində audiovizual media sahəsi ilə bağlı yeniliklər, habelə, hazırda kabel yayımında əqli mülkiyyət ilə bağlı mövcud problemlər yayımçıların diqqətinə çatdırılıb.

 

Daha sonra görüşdə yeni qanun layihəsi və əqli mülkiyyətlə bağlı kabel operatorlarını maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?