Modern.az

Su resursumuz 10-12 faiz azalıb - Nazir müavini

Su resursumuz 10-12 faiz azalıb - Nazir müavini

Aktual

15 İyul 2021, 18:52

Həm özümüzdə formalaşan, həm də xaricdən transfer olan su resursunun miqdarı 10-12 faiz həcmində azalıb.

 

Modern.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

 

Onun sözlərinə görə, bunun əsas səbəbi iqlim dəyişikliyidir: "2050-ci ilə qədər də ən optimist rəqəmlərlə daha 10-12 faiz su ehtiyatının azalması proqnozlaşdırılır. Əlimizdə olan resursları düzgün qiymətləndirməli, ədalətli bölgüsünü aparmalıyıq. Bununla bağlı ötən il ölkə başçısının müvafiq sərəncamı ilə Su Komissiyası yaradılıb və ötən müddət ərzində su ehtiyatına nəzarətlə bağlı böyük işlər görülüb".

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?