Modern.az

Gürcüstanda COVID-19-a yoluxmuş 300-ə yaxın uşaq xəstəxanaya yerləşdirildi

Gürcüstanda COVID-19-a yoluxmuş 300-ə yaxın uşaq xəstəxanaya yerləşdirildi

Aktual

15 İyul 2021, 19:52

“Gürcüstanda koronavirus infeksiyasına yoluxan təxminən 300 uşaq kliniklara yerləşdirilib”.

 

Modern.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze “İmedi” telekanalına müsahibəsində deyib.

 

O, xəstəxanalarda əlavə uşaq çarpayılarının səfərbər olunacağını bildirib: “Valideynlər övladlarının virusa yoluxmaması üçün çox diqqətli olmalıdırlar. Bu gün qoruyucu maska taxmaq və sosial məsafə saxlamaq uşaqların COVID-19-dan qorunması üçün vacib vasitələr olaraq qalır”.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?