Modern.az

Meşələrin Elektron Atlası yaradılacaq

Meşələrin Elektron Atlası yaradılacaq

Aktual

15 İyul 2021, 20:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümumdünya Resurs İnstitutu və BMT ilə birgə Meşələrin Elektron Atlasını yaradacaq.

 

Modern.az-ın məlumatına görə, bunu İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın təşkilatçılığı, ETSN nümayəndələri və digər fəalların iştirakı ilə ADA Universitetində “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

 

O bildirib ki, bəzən meşə ərazisinə müdaxilə olunur, torpaq istifadəçiləri arasında narazılıq yaranır: "Ümumdünya Resurs İnstitutunun dəstəyi ilə Meşələrin Elektron Atlası yaradılacaq. Bu, Avropa və BMT-nin ətraf mühit proqramı tərəfindən həyata keçirilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?