Modern.az

Azərbaycan taksi xidmətlərinin ucuzluğuna görə lider mövqelərdədir

Azərbaycan taksi xidmətlərinin ucuzluğuna görə lider mövqelərdədir

Aktual

15 İyul 2021, 20:59

Azərbaycanda taksi dünyada ən ucuz xidmətlərdən biridir.

 

Modern.az bu barədə "Numbeo" məlumatlar bazasının reytinqinə istinadən məlumat verir.

 

Qeyd olunur ki, Azərbaycanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,44 dollar təşkil edir.

 

Taksi xidmətlərinin ən bahalı olduğu ölkə isə İsveçrədir. Burada bir kilometr məsafə üçün qiymət 4,15 dollar təşkil edir. Yaponiyada sərnişinlər bir kilometr üçün 3,63 dollar, Salvadorda isə 3 dollar təşkil edir.

 

MDB məkanında Özbəkistanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,2 dollar, Rusiyada 0,23, Qazaxıstanda 0,35 dollara bərabərdir.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...