Modern.az

Almaniyada daşqın qurbanlarının sayı artdı

Almaniyada daşqın qurbanlarının sayı artdı

Aktual

15 İyul 2021, 22:52

Almaniyadakı daşqınlarda həlak olanların sayı 58-ə çatıb.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Focus-onlayn" portalı xəbər yayıb.

 

Daha əvvəl fəlakət qurbanlarının sayı 42 nəfər olaraq bildirilib.

 

Xatırladaq ki, Almaniyanın qərb və cənub-qərb hissələrində iyulun 12-dən davam edən leysan yağışlar daşqınlara səbəb olub. Təbii fəlakət ilkin olaraq və ən çox Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz bölgələrinə təsirini göstərib.

 

Almaniya prezidenti Frank-Valter Ştaynmayer həlak olanların ailələrinə başsağlığı verib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?